“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Rimas Kurtinaytisin başçılıq etdiyi komanda Bakıda Yunanıstanın “Marussi” kollektivi ilə qarşılaşıb.
Bakı İdman Sarayında oynanılan qarşılaşma rəqibin 82:70 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Sabah” ilk turda Belçikada yerli “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olub.