Sabah Göygöl Milli Parkında “Açıq qapı” günü olacaq

Aprelin 1-də “dağ göllərinin diyarı” olan Göygöl Milli Parkının yaradılması ilə bağlı “Açıq qapı” günü keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, həmin gün ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcək.

Nazirlik milli parkın dünyaca məşhur olan füsunkar təbiətindən zövq almaq istəyənləri bura dəvət edir.