Sabah hava meteohəssas insanlara necə təsir edəcək?

Sentyabrın 18-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.