Reklam: High Technic
hightechnic

Sabah hava necə olacaq?

t85Avqustun 4-də Bakıda 40 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Avqustun 4-də Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

www.yenicag.az

135