!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.

Yenicag.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu yarımadada gecə 20-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27° isti, gündüz 33-37°, dağlarda gecə 17-22° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Yenicag.az

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv