Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Sabah hava necə olacaq?

Avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 25-28° isti, gündüz 37-42° isti, Bakıda gecə 26-28° isti, gündüz 39-41° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 29-30°, Türkan, Hövsan, Sahil, Şıxda 30-31° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27°, gündüz 38-43° isti, ağlarda gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

Yenicag.az

www.yenicag.az

302
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM