Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

ETSN-dən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 9-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 14-19° isti, dağlarda 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Loading...

www.yenicag.az

2509
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100