Sabah hava necə olacaq?

e1290ed9bb25e0ce55e3fd3c3b1a79e8Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gecə saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-17 dərəcə, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2-dək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.