Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Sabah hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir, gecəyə doğru bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Aprelin 01-i axşamdan 02-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti təşkil edəcək.

www.yenicag.az

2735
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM