Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Sabah hava necə olacaq?

7232eebcc97623303b79803661e398fbBakı və Abşeron yarımadasında dekabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, duman olacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

www.yenicag.az

255