!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti, Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında isə fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.

www.yenicag.az

2265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv