!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

Azərbaycanda avqustun 18-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacaq.

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv