!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

yazjjAprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv