!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

yay_e8Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 13-da paytaxt və yarımadada şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39, yarımadanın bəzi yerlərində 41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir

Tibbi-meteoroloji xəbərdarlığa görə, avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur diskomfort şərait əksər əhali üçün əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv