Yeni Azərbaycan Partiyası İdarə Heyətinin sabah keçiriləcək iclasında Hüseynbala Mirələmovun partiya sıralarından xaric edilməsi məsələsi müzakirə olunacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”a partiyadakı mənbə məlumat verib.
Qeyd edək ki, H.Mirələmov YAP Xətai rayon təşkilatının sədri və partiyanın Veteranlar Şurasının üzvüdür. Bununla da o, partiyadakı bütün vəzifələrini itirə bilər.