!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sabah işimiz heç də asan olmayacaq” - Qurban Qurbanov

!Reklam – Yazi

“Qarabağ” sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında Belarusun BATE klubunu qəbul edəcək.

Yenicag.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

“Vacib oyuna çıxacağıq. BATE Çempionlar Liqasında böyük təcrübəsi olan komandadır. Neçə illərdir stabil olaraq avrokuboklarda çıxış edirlər. Nəticə qazanmağı bacaran komandadır. Sabah işimiz heç də asan olmayacaq. Ancaq pis hazırlaşmamışıq. İlk oyun həmişə çətin olur. Həddən artıq diqqətli olmalıyıq. Biz nə qədər qalib gəlmək istəyiriksə, rəqib də bu fikirdədir. BATE bizdən aşağı səviyyədə deyil. Hər bir komandanın gücü var ki, mərhələ keçsin. Çalışacağıq səhvsiz oynayaq”.

www.yenicag.az

1843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv