Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sabah leysan yağacaq

96861Azərbaycan ərazisində qeyi-sabit hava şəraiti davam edəcək, bəzi yerlərdə leysan olacaq.

Yenicag.az xəbər verir ki, avqustun 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22˚, gündüz 24-28˚, Bakıda gecə 20-22˚, gündüz 25-27˚ isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə aran rayonlarında 18-23˚, gündüz 25-30˚, dağlarda gecə 8-13˚, gündüz 14-19˚ isti olacaq.

www.yenicag.az

118