!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah leysan yağacaq

!Reklam – Yazi

yagisli-hava-55azermusBakı və Abşeron yarımadasında iyulun 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 25-29 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 18-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti olacaq.

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv