Sabah MM-in növbəti plenar iclası keçiriləcək – Yenicag.Az

Reklam

Reklam

Mayın 31-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Yenicag.az-ın xəbərinə görə, iclasın gündəliyinə 24 məsələ daxildir.

Bunlar “Normativ hüquqi aktlar haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Notariat haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Torpaq Məcəlləsinə dəyişiklik layihələridir.

Bundan başqa, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunacaq.

İclasda yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Sənədə əsasən, parlamentin sədri Azərbaycan Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağıra bilər.

Hazırda bir qrup deputat növbədənkənar iclasın keçirilməsi ilə bağlı spikerə müraciət edib. İclasın iyunun 12-də keçirilməsi gözlənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 859
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."