Sabah bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
Bu barədə Yenicag.az-ə MSK-dan bildirilib.
Qeyd edək ki, Seçki Məcəlləsinin 108.2, 239-cu maddələrinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarını yoxlamalı və təsdiq etməlidir. Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il fevralın 18-dək olan müddəti əhatə edir.