Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclas keçirəcək.
Yenicag.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələri təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı bu müddət aprelin 21-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələrinə əsasən İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb. Prezident seçkilərində 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri iştirak edib, seçici fəallığı 74,30 faiz olub.