“Sabah” klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, paytaxt təmsilçisi müqavilə müddəti bitən 26 yaşlı müdafiəçi Məqsəd İsayevlə anlaşmanı uzatmayıb.
Qeyd edək ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışıb. O, bu müddətdə komandada 42 oyun keçirib, 1 qol vurub.