Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, son günün ilk oyununda “Sabah” “Neftçi”ni qəbul edib.
Paytaxt derbisi qolsuz bitib.
Turun son oyununda isə çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.
Daha öncə keçirilmiş “Araz-Naxçıvan” – “Zirə” oyununda (1:1) qalib müəyyənləşməyib. “Turan Tovuz” “Kəpəz”ə evdə (2:1), “Sumqayıt” isə “Səbail”ə səfərdə (1:0) qalib gəlib.
Misli Premyer Liqası
11-ci tur
27 oktyabr
“Sabah” – “Neftçi” 0:0
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev.
“Bank Respublika Arena”. Saat 17:00.