“Sabah” qapıçısı Aleksandr Neçayevlə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, belaruslu oyunçu 2022-ci ilin yanvarında 1,5 illik müqavilə imzalamışdı.