Sabah qar yağacaq

63039Bakıda və Abşeron yarımadasında noyabrın 22-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Şimal küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan məlumata görə, havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 22-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 4-9, gündüz 9-14, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.