“Sabah” RFŞ ilə qarşılaşmadan qalib ayrıldı – YENİLƏNDİ / VİDEO

“Sabah” doğma meydanda geridönüşə nail olub. Paytaxt təmsilçisinin heyətində qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə E.Apeh fərqlənib. Görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.

***20:00

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah”  2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu kollektiv “Bank Respublika Arena”da Latviyanın RFŞ komandasını qəbul edir.

“Sabah”-RFŞ qarşılaşmasını təqdim edirik: