“Sabah” Rodrigeslə danışıq aparır?

“Xese Rodrigeslə hansısa bir danışıq aparmamışıq”.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a “Sabah” klubundan bildirilib.

Qeyd edilib ki, mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir: “Sözügedən futbolçu ilə qeyd edildiyi kimi heç bir danışıq aparılmayıb. Hansısa bir transfer olacağı təqdirdə bu barədə ictimaiyyətə rəsmi açıqlama veriləcək”.

Xatırladaq ki, “Real Madrid”in yetirməsi olan, hazırda Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Xese Rodrigesin Azərbaycan Premyer Liqa təmsilçisi “Sabah”a keçmək ehtimalı ilə bağlı iddialar var.