Sabah Ronaldonun imza mərasimi keçiriləcək

Kriştianu Ronaldo üçün imza mərasimi keçiriləcək.

Yenicag.az xəbər verir ki, “Al-Nassr” klubu sabah saat 19:00-da Kriştiano Ronaldu üçün imza mərasimi təşkil edəcək.

Bu haqda klubun rəsmi sosial media hesabında paylaşım edilib.

Qeyd edək ki, Kriştiano Ronaldu artıq Səudiyyə Ərəbistanına yola düşüb. O, azad agent kimi 200 miıyom avro qarşılığında 2.5 illik müqavilə imzalayıb.