Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, günün ikinci matçında “Sabah” “Sumqayıt”ı təmsil edib.
Qarşılaşma paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində ilk qolu 45-ci dəqiqədə Coy Lens Mikels vurub. 75-ci dəqiqədə Aleksey Kaşuk fərqlənib. 83-cü dəqiqədə Ceyhun Nuriyev, 90+2-ci dəqiqədə Seymur Məmmədov fərqi daha da artırıb.
Qələbə sayəsində xallarının sayını 59-a çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. “Sumqayıt” isə 21 xalla 7-ci sıradadır.
Qeyd edək ki, günün ilk oyununda “Kəpəz” evdə “Zirə” ilə heç- heçə edib – 1:1. Qeyd edək ki, turun digər oyunlarında martın 11-də “Turan Tovuz” “Qəbələ”ni, “Qarabağ” “Səbail”i qəbul edəcək, ertəsi gün isə “Neftçi” “Şamaxı”nın qonağı olacaq./Report/