Sabah ölkədə yağıntılı hava gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 14-ü Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək. Arabir yağış yağacağı ehtimal olunur. Şimal küləyi arabir güclənəcək.
Temperatur gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.
Rayonlarda da dekabrın 14-də arabir yağıntılı hava müşahidə olunacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcək. Şimal küləyi gecə arabir güclənəcək.
Temperatur Aran rayonlarında gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcvə isti gözlənilir.
Qeyd edək ki, dekabrın 14-dən 16-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə şimal küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.