!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava proqnozu: Yağış yağacaq, külək əsəcək

!Reklam – Yazi

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Yanvarın 11-də Azərbaycanın rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.

www.yenicag.az

687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv