Sabah yollarda görmə məsafəsi azalacaq

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 14-də əsasən gecə və səhər saatlarında ölkə ərazisində magistral avtomobil yollarının ayrı-ayrı hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.