Sabaha olan hava proqnozu

5fc5a1035b9f305c4f933ea1b67c5fdfNoyabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8 isti, gündüz 11-16 dərəcə isti olacaq(APA).