www.sinerjipro.net

SinerjiProWide
Reklam

406757001qq12Bakı və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mülayim cənub-qərb gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə yarımadada 18-21° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."