!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu

!Reklam – Yazi

bakiDekabrın 15-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Yenicag.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbərinə görə, sabah arabir qar yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaq.

Bakıda temperaturun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Yenicag.az

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv