!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu

!Reklam – Yazi

Tutqun hava 200212Aprelin 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Səhər şimal-qərb küləyinin güclənəcəyi gözlənilir, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Bölgələrdə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 1-6, gündüz 9-14, dağlıq ərazilərdə gecə 0-4, gündüz 4-9 dərəcə isti olacaq.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv