!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu

!Reklam – Yazi

havasabahAzərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Yeniçağ.Az-a verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 2-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Yeniçağ.Az

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv