Sabaha olan hava proqnozu

78604776Rayonlarda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir

Aprelin 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 10-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən, yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 6-11 isti olacaq.