Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabaha olan hava proqnozu açıqlandı

havabuludgunesh29Martın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub –qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinuin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli düşməsi fonunda xeyli güclənən gilavar küləyi meteohəssas insanlar yarada bilər.

www.yenicag.az

274