Reklam

Reklam

Bakı və Abşeron yarımadasında aprelin 4-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında aprelin 4-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 03-ü axşam, aprelin 04-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 05-06-da meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1389
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."