Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sabaha olan hava proqnozu açıqlanıb

Martın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 4-7° isti, gündüz 13-18° isti, Bakıda gecə 5-7° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Yeniçağ.az

www.yenicag.az

100