!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu açıqlanıb

!Reklam – Yazi

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Oktyabrın 6-də paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv