Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Sabaha olan hava proqnozu -Qar yağacağı gözlənilir

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz oluanacq.

Abşeron yarımadasında gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək.

www.yenicag.az

5753
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM