!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahdan Bakıda orqanik məhsullar festivalı keçiriləcək

!Reklam – Yazi

Sabahdan başlayaraq iyunun 23-nə qədər Bakıda, Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) keçiriləcək. 

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, qurumun dəstəyi ilə mikro və kiçik sahibkarlar onlar üçün ayrılmış xüsusi stenddə ekoloji təmiz qida məhsullarını (bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış şirniyyatlar, ədviyyat, düyü, meyvə quruları və s.), eləcə də orqanik qablaşdırma materiallarını, sosial sahibkarlıq layihələrini təqdim edəcəklər.

KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgi, yarmarka və festivallarda təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. 2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.

“Organic Food Festival” Azərbaycanda ilk dəfə keçirilir. Tədbirin təşklilatçıları KOBİA ilə yanaşı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-dir. Festivalda 50-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunacaq.

www.yenicag.az

4666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv