Sabahdan Azərbaycanda Qurban bayramı ilə əlaqədar dörd günlük tətil başlayır.
Yenicag.az-ın xəbərinə görə, avqustun 10-u şənbə, 11-i bazar gününə təsadüf edir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü qeyri-iş günüdür.
Beləliklə, 10-13 avqust tətil günləridir. Növbəti iş günü avqustun 14-dür.