Sabah hicri təqvimi ilə Məhərrəm ayı başlayır.
Yenicag.az xəbər verir ki, miladi təqvimi ilə sentyabrın 11-də başlayan Məhərrəm ayı oktyabrın 10-da sona çatacaq.
Məhərrəm ayının 10-cu günü – Aşura sentyabrın 20-nə təsadüf edəcək.
Oktyabrın 11-dən isə Səfər ayı başlayacaq.
İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə oktyabrın 31-nə düşür.
Səfər ayı miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.