Sabahdan məktəblər BU QAYDALARLA fəaliyyətə başlayır

Sabahdan etibarən Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayacaq.

Yenicag.az məlumat verir ki, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

2021-2022-ci tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Əlavə edək ki, V-XI siniflər və ali məktəblərdə dərslər 29 sentyabrdan etibarən başlayacaq.