Sabahdan məktəblilərin payız tətili başlayır

payiztetilNoyabrın 16-dan etibarən məktəblilərin payız tətili başlayır.

Dərs ili ərzində 5 gün payız tətili olur. Bu müddət noyabrın 16-dan 20-ə qədər davam edir.

Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvarı, ikinci yarımil isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olur. İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.