“Sabah”ın futbolçusu Almaniyada əməliyyat olundu

“Sabah” klubunun futbolçusu Anatoli Nuriyev əməliyyat olunub.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.

Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.

COP29