!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava PROQNOZU: 24 dərəcə isti olacaq

!Reklam – Yazi

Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, sabah mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Noyabrın 3-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-24, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv